QOÇ bürcü
Bu həftə Qoç hamını təəccübləndirəcək və heyran edəcək: onun şəkli şərəf lövhəsində asılacaq, özünə isə pul mükafatı veriləcək. Əks cinsin nümayəndələri sizə bu həftə çox diqqət yetirəcəklər, hətta bəziləri sizi qarmağa keçirib özünə yar etməyə çalışacaqlar. Gözləmədiyiniz yerdən iş təklifi alacaqsınız və çox uğurlu iş birliyi quracaqsınız. Həmçinin çərşənbə və ya cümə günü yaxın insandan sizi sevindirəcək xəbər alacaqsınız. Uğurlu günləriniz 15, 17 mart, uğursuz gününüz isə 14 martdır.
BUĞA bürcü
Bu həftə Buğanın sevgi tərəfdən bəxti çox gətirəcək: çalışın, ətrafınızda olan Əkizlər, Oğlaq, Dolça bürclərinin nümayəndələrinə diqqət yetirin - ən ideal cütlük onlarla alınacaq. Həftəiçi kiçik problemlər üzə çıxa bilər: bu problemlər sizin son vaxtlar bədxərc olduğunuzdan yarana bilər. Şənbə günü keçmiş iş yoldaşınızla görüş baş tuta bilər: sizə maraqlı və gəlirli iş birliyi təklif olunacaq. Uğurlu günləriniz 13, 19 mart, uğursuz gününüz isə 16 martdır.
ƏKİZLƏR bürcü
Bu həftə Əkizlər göylərdə uçacaqlar: onlar bütün problemləri unudacaq və həyatın dadını çıxaracaqlar. Həftəiçi şəhərdən kənarda istirahət və ya xarici ölkəyə səfər gözlənilir. Sevgiyə inanmayanlar, hazır olun, qarşınıza sizi xoşbəxt edəcək biri çıxacaq: onu ilk baxışdan bəyənməsəniz, özünü tanıtdırması üçün bir şans da verin. Həftəsonu planlar qurmayın: hadisələr sizin gözləmədiyiniz məcrada cərəyən edəcək, çünki həyatınıza xoş “fırtına” daxil olacaq. Uğurlu günləriniz 17, 18 mart, uğursuz gününüz isə 16 martdır.
XƏRÇƏNG bürcü
Xərçəngi illərdir unuda bilməyən bir nəfər var: o, sizi hələ də sevir və yenidən qovuşmaq istəyir. Sevgi məsələsində başı bəlalı bu bürc seçim etməlidir: ya karyera, ya məhəbbət. İş yerinizdə dava baş verə bilər: sizi qısqanan bir nəfər torbanızı tikmək istəyən zaman yaxalanacaq. Həftəsonu uzaq qohumlardan xoş xəbər gözləyin: həyatınız çox dəyişəcək. Uğurlu günləriniz 13, 18 mart, uğursuz gününüz isə 17 martdır.
ŞİR bürcü
Şir səyahətə hazırlaşacaq və bunun üçün planlar quracaq: narahat olmayın, hər şey plan üzrə gedəcək. Bu səyahəti siz heç vaxt unutmayacaqsınız: başınıza gözləmədən xoş hadisələr gələcək, macəralar bitməyəcək. Cümə axşamı subay Şirin üzü güləcək: illərdir bir nəfərdən xoşunuz gəlirdi və o, nəhayət ki, sizə diqqət yetirəcək. Xoşbəxt günlər bu gündən sonra başlayacaq: onun həyatınıza daxil olması sizin üçün düşərli olacaq. Bütün işləriniz yağ kimi gedəcək. Uğurlu günləriniz 16, 19 mart, uğursuz gününüz isə 18 martdır.
QIZ bürcü
Bu həftə Qız yeni ideyalarla işdə “partlayışlar” edəcək. Hamı özünə bir sual verəcək: “Bu insanda bu ağıl, bu kreativlik haradandır?” Sizin gələcəyiniz parlaqdır və inanın ki, heç kim sizin xoşbəxt olmağınıza mane ola bilməyəcək. Bu həftə çoxdandır planlaşdırdığınız bir işi görün: sonu çox uğurlu olmalıdır. Sevgi cəbhəsində bu həftə bəxtiniz gətirməyəcək, lakin siz onsuz da dərd etmirsiniz və münasibətə başlamağa tələsmirsiniz. Uğurlu günləriniz 13, 14 mart, uğursuz gününüz isə 15 martdır.
TƏRƏZİ bürcü
Bu həftə Tərəzi dostlarının gözündə qəhrəman olacaq: o, hamıya kömək edəcək, bütün problemləri həll edəcək. Maliyyə artımı yüksək olacaq, buna görə borc istəyənlər də çoxalacaq. Karyeranızda yüksəliş gözləyin: siz rəqiblərinizi şah və mat edəcəksiniz. Bir insana şans vermək vaxtıdır: o, sizdən ötrü “ölür”, lakin siz onun tərəfə heç baxmaq istəmirsiniz. Əsl sevgi kəlmələrə sığmır: çalışın, havaya sevgi sözləri buraxanlardan uzaq durun. Uğurlu günləriniz 16, 19 mart, uğursuz gününüz isə 13 martdır.
ƏQRƏB bürcü
Böyük işlər görmək üçün bilik və cəsarət lazımdır: bu həftə həyatınızda dəyişikliklər edin. Heç kim sizə inanmasa da, bu addımı atın və inanın, sizə gülənlər sonda ayaq üstə alqışlayacaqlar. Xaricdən xəbər gözləyin: bəlkə ölkəni tərk etdiniz və həyatınızı orada qurdunuz. Sevgi məsələsində bu həftə dəyişikliklər olmayacaq, lakin gələcəkdə sevgi romanı yaşayacaqsınız. Həftəsonu sağlamlığınıza fikir verin, yoxsa xəstələnə bilərsiniz. Uğurlu günləriniz 14, 16 mart, uğursuz gününüz isə 19 martdır.
OXATAN bürcü
Siz çox safsınız və insanlar bundan istifadə edirlər: üzünüzə gülürlər, sizə “can”, “dostum” deyirlər, lakin arxanızca işlər görürlər. Yaxşı dostu pisindən ayırmaq və lazımsız insanları özünüzdən uzaqlaşdırmaq vaxtıdır. İşinizdə böyük bir uğur əldə edəcəksiniz, lakin bəzi iş yoldaşlarınız sevinmək əvəzinə, paxıllıq edəcəklər. Amma onları heç vecinizə də almayın, unutmayın ki, “Paxıla tanrı verməz, versə də, qarnı doymaz”. Uğurlu günləriniz 18, 19 mart, uğursuz gününüz isə 16 martdır.
OĞLAQ bürcü
Bu həftə intuisiyaya etibar edin: məhz onun sayəsində vacib bir işin öhdəsindən gələcəksiniz. Ola bilsin, sizi aldatmaq istəsinlər, vədlər verib pulunuzu əlinizdən alsınlar. Həftənin ikinci yarısı şəxsi münasibətləri düzəltmək üçün çox əlverişli vaxtdır: bir insanın xətrinə dəymisinizsə, onun ürəyini almağa çalışın. Dostlarınızla səyahətə çıxmaq ehtimalı var: stresi atmaq üçün bu fürsətdən istifadə edin. Uğurlu günləriniz 15, 19 mart, uğursuz gününüz isə 14 martdır.
DOLÇA bürcü
“Halva-halva” deməklə ağız şirin olmur: həyatınızda uğurlu günlərin başlamasını istəyirsinizsə, mütləq bir iş görün. Planlar qurmaq vaxtıdır: özünüzə inanın və mütləq hər şey alınacaq. Bəlkə də bu, ən çılğın addım olacaq, sizə heç kim kömək etməyəcək, bəlkə də sizə güləcəklər, lakin arzunuzun dalınca gedin və uğur sizinlə olacaq. Subaylar, özünüzü əks cinsdən qoruyun: bu həftə hamı birdən-birə sizin ürəyinzi almaq istəyəcək, ona görə də aşırı diqqətdən bezə bilərsiniz. Həftəsonu romantik görüşə hazır olun. Uğurlu günləriniz 13, 18 mart, uğursuz gününüz isə 17 martdır.
BALIQLAR bürcü
Balıqlar bu həftə baharın çalarlarını öz həyatında hiss edəcəklər. Ad günü həmin ərəfəyə təsadüf edən Balıqlara həyat ikinci şans bəxş edəcək. Müdrik və 6-cı hissin güclü olması ilə seçilən bu bürcün nümayəndələri şansdan yararlanacaqlar. Həftə xoş sürprizlərlə dolu olacaq, lakin ən əsas hədiyyəni siz özünüz özünüzə ərmağan etməyə qadirsiniz. Uğurlu günləriniz 16, 18 mart, uğursuz gününüz isə 13 martdır.