Milli Teatr Günü münasibətilə “Hər yerdə teatr” adlı fləş-mob keçirilib. Bu haqda 10 mart tarixində Report məlumat verib.
“İçərişəhər” metro stansiyasının vestibülündə və “Sahil”dən “Gənclik” stansiyasına doğru hərəkət edən vaqonun içində Akademik Musiqili Teatrın “Paris Notr-Dama ithaf” və “Arşın mal alan” tamaşalarından parçalar nümayiş olunub.
Həmçinin, ADMİU-nun 2-ci kurs tələbələrinin ifasında səhnəcik göstərilib.
[URIS id=36271]