19 dekabrda “Uşaq Avroviziyası-2021”-in finalında Azərbaycanı Bakıda dünyaya gələn Sona Əzizova “One of those days” mahnısı ilə təmsil edəcək.
Bakılı balacamız mahnısını başqalarını xilas etmək üçün öz həyatlarını riskə atan insanlara həsr edib.
19 ölkənin iştirakı gözlənilən müsabiqə Sena çayı üzərində Seguin adasında “La Seine Musicale” konsert zalında keçiriləcək.
12 yaşlı Sona səhnəyə 14-cü iştirakçı olaraq çıxacaq.
Ilk növbədə Sona Əzizovaya uğurlar arzulayırıq və sizi də ona səs verməyə çağırırıq.