20 Yanvar hadisələrinin 32-ci ildönümünə həsr edilmiş “Mən qardaşımı axtarıram” adlı qısametrajlı film təqdim edilib. Bu haqda BakuPlus 1news.az-a istinadən xəbər verir.
Rejissorları Əli-Səttar Quliyev və Azər Quliyev olan filmdə baş rollarda Rasim Cəfər və Azər Aydəmir çıxış ediblər.
Filmin yaradıcılarının əsas hissəsini gənc kinematoqrafçılar təşkil edir.