Dünya səviyyəsində tanınmış, Təbrizdə anadan olmuş Azərbaycan əsilli Reza Deqati Instagram və Facebook səhifələrində bu gün, 20 yanvar tarixində, 20 Yanvar faciəsinə həsr olunmuş paylaşım yerləşdirib.
Deqati 1990-cı il yanvarın 20-də baş vermiş faciənin təfərrüatlarından danışıb. O qeyd edib ki, şəhərin jurnalistlər üçün bağlı olduğuna baxmayaraq, o, 48 saatlıq səfərdə gizlənərək Moskvadan qatarla Azərbaycan paytaxtına çata bilib.
Fotoqraf bəzi kadrların nişansız polis maşınlarının pəncərəsindən elədiyini qeyd edərək, küçələrdə çəkdirdiyi şəkillərin yer aldığı “The Massacre of the Innocents” (“Məsumların qətliamı”) adlı kitabı 20 Yanvar hadisələrinə həsr etdiyini vurğulayır.