20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə birdəfəlik maddi yardım ödənilib. Bu haqda BakuPlus Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən ailələrə ümumilikdə 333 nəfərin hər birinin bank hesabına 200 manat məbləğində birdəfəlik maddi yardım köçürülüb.
Bakı şəhərində qeydiyyatda olanlar Beynəlxalq Bankın Bakı şəhərindəki istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək, birdəfəlik maddi yardımı almaq üçün bank kartlarını götürə bilərlər.
Digər sosial ödənişlərdə maddi yardımın məbləği ötən ilə nisbətən 2 dəfə artırılıb.