2021-ci ilin 10 ayı ərzində Bakı metrosunda saxlanılan şəxslərin sayı açıqlanıb. Bu haqda 10 noyabr tarixində Report məlumat verib.
Yanvar ayından metro stansiyalarda müxtəlif hüquq pozuntularına yol verən 1095 nəfər saxlanılıb. Həmçinin, axtarışda olan 734 nəfər və 1 oğru tutulub. Bundan başqa narkotiklə bağlı 2 faktın üstü “isti izlər”lə açılıb.