Bakıda “26-lar” kafesinin sahibinin oğlu karantin qaydalarını pozduğu üçün axtarışa verilib. Bu haqda Report 27 yanvar tarixində xəbər verib.
Əliyar Qasımov Azərbaycan Cinayət Məcəlləsinin 139.1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə axtarışa verilib.
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğlu olan Ə.Qasımovun adı atası ilə birlikdə qalmaqallı “26-lar” kafesinin bağlanmasında hallanmışdı.