Bakıda gənc qız video ilə şantaj olunub. Bu haqda Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
28 yaşlı Qusar rayon sakini Z. Çiqalıyev sosial şəbəkədə tanış olduğu 27 yaşlı Bakı sakini M.Q. şantaj edib. Çiqalıyev qıza onunla cinsi əlaqədə olması barədə görüntüləri yayacağını deyib. Yaymaması üçün isə ondan 1000 dollar istəyib.
Zərərçəkən qadın polisə müraciət edib və Z. Çiqalıyev polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma davam edir.