Öz biznesini qurmaq istəyən, ancaq ideyası olmayan insanlar üçün təlim proqramına start verilib. Bu haqda 29 dekabr tarixində edumap.az xəbər verib.
Proqramda iştirakçılara öz maraq dairələrinə uyğun ideya yaratmaq, ideyanı düzgün yönləndirmək və öz bizneslərini qurmaq istiqamətində dəstək göstəriləcək. Təlim “Paymes” şirkətinin Biznesin İnkişafı üzrə meneceri Tariyel Ağazadə tərəfindən keçiriləcək və sonunda iştirakçılara sertifikat veriləcək.
Təlim 3 ay müddətində 3 saylı “Asan kommunal” mərkəzində, onlayn və offlayn şəkildə keçiriləcək. İştirak etmək istəyənlər linkə daxil olub, ya da +994709566466 nömrəsi ilə əlagə saxlayıb qeydiyyatdan keçə bilərlər.