Paytaxt məktəbinin şagirdi Parisdə keçirilən müsabiqədə yüksək yer tutub. Bu haqda bu gün, 16 fevral tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində klarnet ixtisası üzrə təhsil alan Elvin Rəhimov Parisdə keçirilən "Nouvelles Etoiles" adlı Beynəlxalq Müsabiqədə iştirak edib. O, 10-12 yaş kateqoriyasında “Klarnet” nominasiyası üzrə II yerə çıxıb və “Diplom”la təltif olunub.
Həmçinin onun müəllimi Zaman Həsənov və konsertmeyster Kəmalə Ələsgərova "Təşəkkürnamə" ilə təltif olunublar.