Paytaxt məktəbinin şagirdi İspaniyada keçirilən müsabiqədə yüksək yer tutub. Bu haqda 7 mart tarixində Bakuplus.az Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə istinadən məlumat verir.
G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alan Lalə Piriyeva İspaniyada keçirilən "World Art Games" adlı Beynəlxalq Müsabiqədə iştirak edib. O, 16-19 yaş kateqoriyasında II yerə çıxıb və “Diplom”la təltif olunub.
Həmçinin onun müəllimi Elmira Allahverdiyeva "Təşəkkürnamə" ilə təltif edilib.
[caption id="attachment_35972" align="alignnone" width="986"]
Foto Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəsmi saytı[/caption]