Paytaxtın Nərimanov rayonunun ərazisində yerləşən 45 saylı məktəbdə distant təhsilin müddəti daha 7 günə uzadılıb. Bu haqda Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
21 yanvar tarixində 45 saylı tam orta ümumtəhsil məktəbi COVİD-19-a yoluxmaların olması səbəbindən iki həftə müddətində təhsilə distant olaraq davam edir.
Bundan əvvəl, ötən ilin dekabr ayında da yoluxma səbəbindən məktəb distant təhsilə keçmişdir.