Bakıda yanğın baş verən məktəbdə tədris bərpa olunub. Bu haqda 10 yanvar tarixində Report məlumat verib.
Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 84 nömrəli tam orta məktəbdə ənənəvi qaydada tədris bərpa edilib. Məktəbin işıq, su və istiliklə təminatı normallaşıb.
Bundan əvvəl, yanvarın 7-də üçmərtəbəli orta məktəbin ümumi sahəsi 36 kv.m olan ikinci mərtəbəsi 4 kv.m sahədə yanmışdır. İçəridə olan kompüter, kondisioner və yumşaq mebel dəsti kül olmuşdur.