Binəqədi rayonunda 2000-dən çox müxtəlif cinsli ağac əkilib. Bu haqda 20 noyabr tarixində Report xəbər verib.
"Yaşıl Marafon" kampaniyası çərçivəsində Xocasən və Müşfiqabad qəsəbələrində genişmiqyaslı ağacəkmə aksiyası baş tutub. Tədbir zamanı 2000-dən çox müxtəlif cinsli ağac əkilib. Kampaniyanın əsas məqsədi ətraf mühiti qorumaq, Abşeron yarımadasında yaşıllıqları artırmaq, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına töhfə verməkdir.
Ağacəkmə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.