1 dekabr tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Yunan-Roma güləşçi Rafiq Hüseynovla görüş keçiriləcək. Bu haqda ADBTİA-nın rəsmi instagram səhifəsində məlumat verilib.
“Ustadla görüş” layihəsi çərçivəsində Yunan-Roma güləşçi, dünya və Avropa çempionu, Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynovla görüş təşkil olunacaq. Dekabrın 1-də saat 13:30-da ADBTİA-nın güləş zalında baş tutacaq görüşdə iştirak etmək üçün linkə daxil olub qeydiyyatdan keçmək lazımdır.