Bakıda şagirdləri döyən direktora töhmət verilib. Bu haqda Report 11 yanvar tarixində xəbər verib.
Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışı nəticəsiz qalmayıb.
Şagirdlərin döyülməsini əks etdirən videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin araşdırmaları nəticəsində məktəbin direktoru Zinyət Əhmədovaya “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozması və əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Yanvarın 7-də Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, şagirdlər və məktəb rəhbərliyi ilə söhbət aparılıb.