Azərbaycanın Əməkdar artisti vəfat edib.
Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Novruz Qartal (Əliyev) dünyasını dəyişib.
1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışan, bir çox əsas və epizodik rolların bacarıqlı ifaçısı olan aktyor, 2013-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.