Bakıda "Ana fəryadı" abidəsinin ətrafında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı aparılan hazırlıq işləri yekunlaşıb. Bu haqda Report bu gün, 24 fevral tarixində xəbər verib.
Xətai Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, Xocalı prospektində abadlıq, təmizlik işləri həyata keçirilib və yeni güllər əkilib.
Parkın ərazisinin yaşıl örtüyü yenilənib. Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşlarla üzlənmə işləri, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılıb. Xocalı prospekti boyunca yerləşən binaların fasadları təmizlənib, səkilər yuyulub. Prospektdə, eləcə də Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrində gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilib. Yolboyu divarlara və binaların fasadlarına qanlı faciəni əks etdirən bannerlər yerləşdirilib.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə inşa edilən "Ana fəryadı" abidəsi 2008-ci ildə ucaldılıb.