Paytaxtın “Ankara” məktəb-liseyində karantin müddəti daha iki həftəyə uzadılıb. Bu haqda bu gün, 1 noyabr tarixində APA məlumat yayıb.
Həmin qərar Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilib. Karantin zamanı şagirdlər distant formada təhsil ilə təmin olunacaqlar.
Oktyabrın 19-dan “Ankara məktəbi” məktəb-liseyi 2 həftəlik distant təhsilə keçib. Liseydə koronavirusa yoluxan müəllim və şagirdlərin sayı çox olduğuna görə bu qərar qəbul edilib.