8 mart münasibətilə “ASAN xidmət” qadınlara sürpriz edib. Bu haqda 8 mart tarixində ASAN xidmət məlumat verib.
“ASAN xidmət” mərkəzinə müraciət edən xanım vətəndaşlara, mərkəz əməkdaşlarına və könüllü xanımlara Mr.ASANT tərəfindən qızılgül hədiyyə olunub.
Mr.ASANT “ASAN xidmət”in simvolu kimi seçilib. Qarışqa çalışqanlıq, zəhmətkeşlik, məsuliyyət, pozitivlik və komanda işini təcəssüm etdirir.
Mr.ASANT - ASAN və ANT (ingilis dilindən tərcümədə - qarışqa) sözlərinin kombinə edilməsidir.
[URIS id=36031]