Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “ASAN xidmət” mərkəzləri arasında keçirilən “Eko-Şam” ekoloji müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bu haqda bu gün, 28 dekabr tarixində ASAN Könüllülərinin mətbuat xidməti məlumat verib.
Müsabiqə ASAN Könüllülər Məktəbinin “Yaşıl ASAN” proqramı çərçivəsində keçirilib. Ümumilikdə müxtəlif nominasiyalarda 16 ASAN mərkəzi təltif olunub. Onların arasında Bakı filialları da fərqləniblər:
1-ci yerin sahibi:
5 saylı Bakı "ASAN xidmət" mərkəzi
2-ci yerin sahibi:
6 saylı Bakı “ASAN xidmət” mərkəzi
3-ci yerin sahibi:
2 saylı Bakı "ASAN xidmət" mərkəzi
Qaliblərin tam siyahısı ilə burada tanış olmaq olar.
Artıq beş ildir ki,“Eko-şam” müsabiqə Bakıda və regionlarda çalışan könüllülər və əməkdaşlar arasında keçirilir. Eko-şamlar kağızdan və ya müxtəlif məişət tullantılarından hazırlanır.