Bakıda 25 yaşlı qızın evdən qaçma səbəbi məlum olub. Bu haqda 4 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Bakıda evdən qaçan 25 yaşlı qız Asan Xidmət Mərkəzinə gəlib. Onun ailəsi tərəfindən zorakılığa məruz qaldığına görə evdən qaçmağa qərar verdiyi bildirilib. O, Nərimanov rayonunda yerləşən 1 saylı Asan Xidmət Mərkəzində təhlükəsizlik xidməti tərəfindən saxlanılaraq, polis bölməsinə təhvil verilib.
Qız iddia edir ki, onu ailəsi ölümlə təhdid edib, hətta öz aralarında qərar veriblər ki, atası öldürsün, çünki yaşlıdır və həbsxanada həyatını çürüdə bilər.
Saxlanılan qız yazılı izahat verib və ailəsi ilə yaşamaq istəmədiyini bildirib.