Bakıda Suleyman Rəhimov küçəsində “Atəşgah” sığorta şirkəti tərəfindən sahibsiz heyvanlar üçün quraşdırdığı yemliklər yoxa çıxıb. Bu haqda 1News öz oxucusuna istinadən məlumat verib.
“Atəşgah” sığorta şirkətinin “4 ayaqlı dostlarımıza dəstək” adlı sosial layihəsi çərçivəsində küçələrdə sahibsiz heyvanlar üçün taxta yemliklər quraşdırılmışdır.
Oxucunun sözlərinə görə, ertəsi gün quraşdırılmış qabları yerində tapmaq mümkün olmayıb.
Məsələyə aydınlıq gətirmək üçün “Atəşgah” sığorta şirkəti ilə əlaqə saxlalanılıb. Şirkətin nümayəndəsi yemliklərin yerində heç bir dəyişiklik olmadığını bildirib və bu problemdən xəbərdar olduqlarını qeyd edib.
Sakinlərin reaksiyasını görmək üçün indiyədək şəhər ətrafında ümumilikdə 10 sınaq yem qabları quraşdırılıb. Quraşdırıldıqdan sonra şirkət onları yemlə doldururdu, daha sonra isə şəhər sakinləri də qabları doldura bilər.