top
Axır çərşənbədə nələr edilməlidir? – Folklorşünasdan ÖZƏL AÇIQLAMA
18 mart 2025, 04:56
- ↺ +

Axır çərşənbədə nələr edilməlidir? – Folklorşünasdan ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Novruz, Azərbaycan və bir çox Orta Asiya ölkələrində qeyd olunan bahar bayramıdır. Bu bayramın özünə məxsus müxtəlif adət və ənənələri, fallar və qədim inanclar da mövcuddur. Novruzda baxılan fallar insanların gələcək haqqında maraq və ümumiyyətlə həyatlarına dair yaxşı niyyətləri ilə əlaqəlidir. Bu fallar əyləncəli olduğu qədər, bəzi insanlar üçün uğur və xoşbəxtlik arzusunu da simvollaşdırır.

Maraqlıdır, İlaxır çərşənbənin hansı adətləri var? İnanclara görə bu axşam nələr edilməlidir?

Mövzu ilə bağlı Bakuplus.az-ın sualını cavablandıran folklorşünas İlhamə Qəsəbovanın sözlərinə görə, bu bayramda hər kəs evində olmalıdır:

“Xalq adət-ənənəsinə görə, Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Xalq mövhumatına əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir.

Novruz bayramı öncəsi qeyd edilən İlaxır çərşənbə — Torpaq çərşənbəsidir. Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni cücərdilməsi, xonça hazırlanması, qapı pusulması, şam yandırılması, bayramlaşma, fala baxma və bir çox digər adət-ənənələr var. Bu bayramda hər kəs evində olmalıdır. İnanclara görə, ilaxır çərşənbədə insan evində olmasa 7 il həmin bayramı evində qeyd etmir.

İnanca görə axır çərşənbə “Novruz”la üst-üstə düşərsə, ilin daha uğurlu keçəcəyi gözlənilir”.

O qeyd edib ki, un çuvallarının ağzını açıq qoymaq da inanclardan biridir:

“Evin bərəkətli olması üçün əcdadlarımızın həyata keçirdiyi rituallardan biri Axır çərşənbədə un çuvallarının ağzını açıq qoymaqdır. Ev sahibinin heç kimlə danışmadan əllərini una batıraraq divarlara sürtməsi, bayıra çıxıb ağacların kötüyünü balta ilə yüngülcə vuraraq “oyan, payını götür” deməsi bu ayinin əsas tərkib hissələrindəndir. Əcdadlarımız inanmışlar ki, bu cür edilərsə, yeni ildə qış yuxusundan oyanmış ağacların bəhəri gen-bol olacaq.

Adətən ilaxır çərşənbədə süfrəyə ya 7 cür yemək, ya 7 ləziz, ya da 7 eyni hərflə başlayan bayram nəməri qoyulur. 7 müqəddəs rəqəmdir və dünyanın, kainatın birliyini, tamlığını ifadə edir”.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər