top
Ölməz komandir, Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür
22 aprel 2026, 10:27
- ↺ +

Ölməz komandir, Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün ölməz komandir Allahverdi Bağırovun doğum günüdür.

Bakuplus.az xatırladır ki, o, 1946-cı il 22 aprel tarixində Ağdamda doğulub. 

Ağdamda "Qarabağ" klubunun şərəfini qoruyub,1976-cı ildə baş məşqçi təyin olunub. Müharibə başlarkən Ağdam Xalq Cəbhəsinin sədri seçilib və müstəqil Azərbaycan bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancıb.

1992-ci ilin yanvarında komandirlik etdiyi tabor Naxçıvanlı kəndində düşmənin canlı qüvvəsini məhv edib,150 nəfərlik dəstə ilə Əsgəran qalasınadək irəliləyib. Pircamal kəndindəki bütün yüksəklikləri tutub, Kətük kəndiylə üzbəüz mövqelər qurulub. Əməliyyatlar başa çatdıqdan sonra düşmənin bayraqlarını söküb Azərbaycan bayraqlarını sancmağa onlara 2 saat bəs edib…

Bu əməliyyata görə qəhrəmanımız General Məhəmməd Əsədov adına mükafata layiq görülüb.  2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibəsində Allahverdi Bağırovun necə biri olmasını təsvir edib: 

"O, yeganə komandir idi ki, qabaqda gedirdi. Çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi alanda dedi ki, birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik".

Onun ən böyük uğuru 1992-ci ilin iyulunda Aranzəmin döyüşündə olub. Döyüş zamanı onun dəstəsi 100 nəfər ermənini məhv etdikdən sonra 10-nu əsir götürüblər. Həmin əsirlər şəhidlərimizin cansız bədənləri ilə dəyişdirilib. 

Bu əməliyyatlar zamanı Ağdam şəhəri 300-ə yaxın şəhid verib.

Allahverdi Bağırov 3 gün ərzində əsirlikdə olan 1003 Xocalı sakinini düşmənin əlindən xilas edib.

1992-ci il 12 iyulda Ağdama təcili qayıdarkən maşında minaya düşüb. Ona əvvəlcədən Şəhidlər Xiyabanında yer ayrılsa da, müəyyən səbəblərdən qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilib. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev torpağa tapşırılıb. 

Futbolçu Elşad Xudatov müsahibələrinin birində komandirin ruhunun onlar üçün ölümdən də dəyərli olduğunu göstərib:

"Allahverdi Bağırov döyüşdə həlak olanda hamımızı ağlamaq tutmuşdu. Oyunların birinin start fitindən sonra onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən "qrad" atdılar. Mərmi stadiona düşdü. İnanın, futbolçulardan heç biri yerindən tərpənmədi..."

A.Bağırovun Ağdamın Quzanlı kəndində büstü qoyulub. 

1993-cü il fevralın 24-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

2014-cü il fevralın 25-də Bakının Binəqədi rayonunda Biləcəri qəsəbəsində istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında büstü ucaldılıb.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Bu gün, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
Dünən, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Dünən, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Dünən, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Dünən, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Dünən, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Dünən, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Dünən, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Dünən, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Dünən, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
23 oktyabr 2026, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Oxşar xəbərlər