Azərbaycanlı şahmatçı, ölkə millisinin üzvü Teymur Rəcəbov 21 yanvar tarixində öz İnstaqram səhifəsində evləndiyini açıqlayıb.
Şahmatçı Rusiyanın xalq artisti Lyudmila Maksakovanın nəvəsi - Anna Maksakova ilə ailə həyatı qurub. Bu barədə Rəcəbovun özü, Anna ilə toydan fotosunu yayımlayaraq məlumat verib.
Bu Rəcəbovun ikinci evliliyidir. O, əvvəllər SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə evli olub. Birinci evlilikdən Rəcəbovun səkkiz yaşlı bir qızı var.