Azərbaycan Dillər Universitetinin (ADU) bir neçə qrupu onlayn tədrisə keçib. Bu haqda 26 noyabr tarixində Lent.az xəbər verib.
ADU-nun 8 tələbəsi koronavirusa yoluxub, nəticədə həmin tələbələrin təhsil aldığı 2 qrup onlayn tədrisə keçib. Virusa yoluxmuş tələbələr karantinə alınıblar.
“Tələbələr karantindən çıxdıqdan sonra dərslər ənənəvi şəkildə yenidən bərpa ediləcək”- universitetin əməkdaşı Cavid Zeynallı deyib.