Azərbaycanda istilik tarifləri artmayacaq, bu haqda 3 noyabr tarixində Trend-in sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-nin rəhbəri Rafiq Əliyev bildirib.
Hazırda əhali üçün 1 kvadrat metr yaşayış sahəsi üzrə aylıq tarif 15 qəpik, qeyri-əhali qrupu üçün üzrə 1 kub isidilən həcm üçün aylıq 25 qəpik, 1 qiqakalori üçün isə 30 manat qiyməti nəzərə tutulub.
Azərbaycanın dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-dən başlamışdır. Digər rayonlarda və Bakıda istilik mövsümü noyabrın 15-də başlayacaq.