Paytaxtın Səbail rayonunda “Azərenerji” ASC-nin binasının yaxınlığında “BMW” markalı avtomobil piyadalar üçün səkini bağlayıb. Bu haqda bu gün, 3 mart tarixində Avtosfer məlumat verib.
Belə ki, 10-AA-420 dövlət nömrə nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsini piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yerdə saxlayaraq parklanma qaydalarını pozub.
Qeyd olunur ki, həmin avtomobil “Azərenerji” ASC-yə məxsusdur.