Küləkli hava şəraiti ilə bağlı Azərenerji ASC gücləndirilmiş iş rejimində çalışır. Bu haqda Report qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qurumun cavabdeh olduğu ərazilərə mal-material göndərilib və maşın-mexanizmlər cəlb edilib.
Güclü külək dam örtükləri və ətrafdakı konstruksiyaları elektrik xətlərinin üzərinə aşırıb. Nəticədə naqillərə ciddi ziyan dəyib.
Qəza xidmətinin əməkdaşları qəza yerlərinə cəlb olunaraq elektrik xətlərini bərpa ediblər. Qurumun qeyd olunan şöbəsi gecə boyu paytaxt ərazisində fəaliyyət göstərib.