Paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi 8 ünvanında “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon”u keçiriləcək. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Aksiya Ramiz Aboyev parkında 12 may saat 11:00-da baş tutacaq. Tədbir 12:00-a qədər davam edəcək.
Səyyar otaqlarda yerli sakinlər və sahibkarlar öz təklif və şikayətlərini təqdim edə biləcəklər.