Yeni il bayramı ilə əlaqədar Azəriqaz İB paytaxtın bir neçə ərazisində gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 30 dekabr tarixində Azəriqaz İB-nin mətbuat xidməti məlumat yayıb.
Qurumun Müştəri xidməti şöbəsi Abşeron, Mərdəkan, Qaradağ və Sabunçu xidməti sahələrində 31 dekabr və 1, 2, 3, 4 yanvar 2022-ci il tarixləri arasında saat 10:00-dan 15:00-a qədər, həftəsonu günləri isə saat 10:00-dan 14:00-dək fəaliyyət göstərəcək.
Departamentin Nizami rayonu, Babək prospekti 21/24 ünvanında yerləşən inzibati binasında isə aparılan işlər nəzarətdə saxlanılacaq.
Bundan əlavə, Azəriqaz İB-nin Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsi və 104 Çağrı mərkəzinin əməkdaşları sutkanın 24 saatı abonentlərin xidmətində olacaq.