Bakıda "Azərsu" ASC kanalizasiya sistemlərinin fəaliyyəti ilə bağlı tədbirlər keçirir. Bu haqda 16 noyabr tarixində "Azərsu" ASC məlumat verib.
Bakı şəhərinin əsas daşıyıcı kanalizasiya kollektorları və xətləri, baxış quyuları və yağış barmaqlıqlarının yuyulması, onların bərk tullantılardan təmizlənməsi işləri aparılır. Paytaxtın Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında subasma riskləri olan nöqtələr müəyyən edilərək təmizləmə işlərinə başlanılıb.
Həmçinin kanalizasiya nasos stansiyalarının istismar vəziyyəti təkrar yoxlanılır.
[URIS id=14594]