“Azərsu” Bakıda daha bir layihənin icrasına start verib. Bu haqda 7 dekabr tarixində qurumun mətbuat xidməti məlumat yayıb.
Səbail rayonunda mənzillərin daxilində yerləşən dik qayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılır, məhəllədaxili xətlər yenilənir və bununla da məhəllədaxili nasos stansiyalarının fəaliyyəti dayandırılır.
Layihə sovet dövründə tikilmiş 32 çoxmənzilli yaşayış binasında 2200 abonenti əhatə edir. Binaların həyətlərindən keçən 60 mm diametrli metal borular 110 mm diametrli polietilen borularla əvəzlənir. Həmin xətlərdən binaların giriş xətlərinə birləşmə verilir. Bununla da binalara suyun birbaşa paylayıcı xətlərdən verilməsi təmin olunur və zirzəmilərdən keçən borular ləğv edilir.
Layihənin icrasına başlanandan qısa müddət ərzində işlərin 50 faizi yerinə yetirilib.