“Möcüzə” yağları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadın tibb işçilərini təbrik edib. Bu haqda 8 mart tarixində APA məlumat verib.
“Azərsun Holdinq” və TƏBİB-in birgə təşkilatçılığı, “Möcüzə” markasının dəstəyi ilə səhiyyə işçilərinə “Sən özün bir möcüzəsən” şüarı altında hədiyyələr təqdim edilib.
Layihənin keçirilməsinin əsas məqsədi səhiyyə sahəsində çalışan xanımlara onların özəl və dəyərli olduqlarını hiss etdirməkdir.