Kasıbları təhqir edən “Gelandewagen” sürücüsü cəmiyyətdən üzr istəyib. Bu haqda Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin Facebook səhifəsində məlumat verilib.
Yanvarın 11-də Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin sürücüsü aztəminatlı ailələri təhqir edib və bunu videoya çəkib.
“Çəkil, yetim kasıb, bədbəxt. Səhər yeməyi yemiyib, nahar yeməyinə duran adamlar. Çəkilin!”, - sosial şəbəkələrdə yayımlanan videoda deyilir.
Faktla bağlı polis əməkdaşları axtarış-əməliyyat tədbirləri keçirib və həmin sürücü, 37 yaşlı Samid Bağırov saxlanılıb. Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və o, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.
S.Bağırov əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq edib.