Paytaxtda yerləşən Texniki Universitetdə də koronavirusa yoluxma halları aşkarlanıb. Bu haqda bu gün, 1 noyabr tarixində Report məlumat yayıb.
Təhsil müəssisəsinin 4 fakültetindən 4 tələbə koronavirusa yoluxub. Onların təhsil aldığı qruplar 14 günlük distant təhsilə keçib.
Bundan əvvəl, qeyd olunan Universitetdə 3 tələbə koronavirusa yoluxmuşdur.