Paytaxtda yerləşən Azərbaycan Texniki Universitetinin professoru vəfat edib. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az təhsil ocağına istinadən xəbər verir.
Mexanika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi Vaqif Mirsəlimov 81 yaşında koronavirusdan dünyasını dəyişib.
O, 500-dən çox elmi məqalənin müəllifi olub, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, 107 elmlər namizədi və 15 elmlər doktoru yetişdirib.
Elm xadimi 39 ildir AzTU-nun nəzdində çalışırdı.