“Sun” markası şəhid övladları üçün “Bakı sizi səsləyir” adlı layihə təşkil edib. Bu haqda bu gün, 10 noyabr tarixində APA məlumat yayıb.
Masallı, Cəlilabad və Səlyan bölgələrində yaşayan şəhid övladları üçün Bakıya tur təşkil olunub.
Uşaqlar öncə II Fəxri Xiyabanı ziyarət ediblər, daha sonra Zəfər yarmarkasında əsgərlərə məktub yazıblar. Qobustan qoruğu və Bakının müxtəlif yerlərini gəzdikdən sonra müxtəlif interaktiv oyunlar keçirilib.
Daha sonra psixoloji dəstəyə ehtiyacı olan şəhid övladlarına köməklik edilib.
Layihə “Sun” markası ilə yanaşı “Müasir Psixologiya Mərkəzi” və “Xarıbülbül fidanları” təşkilatı ilə birlikdə həyata keçirilib.
[URIS id=13533]