Bu gün “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasının sürpriz qonaqları olacaq. Bu haqda BakuPlus.az 15 mart tarixində xəbər verir.
Saat 15:00-da Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və “Nargis” Fondunun təsisçisi Ülviyyə Mahmudova “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında yerləşən “Yummy truck” restoranında qonaq olacaqlar.
Onlar birlikdə peçenye təqdim edəcəklər.