Bakıda məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi ilə bağlı layihə həyata keçirilir. Bu haqda 29 yanvar tarixində Realtv məlumat verib.
Artıq 3 ildən çoxdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi ilə bağlı layihə həyata keçirir. Pilot layihə kimi Nərimanov rayonunda başlanan proses keçən ildən mərhələli şəkildə daha 3 rayonu – Nizami, Nəsimi və Yasamal rayonlarını da əhatə edib.
Mott MacDonald şirkətinin nümayəndəsi Martin Saymon bildirib ki, yaxın gələcəkdə daha bir neçə rayon bu layihəyə qoşulacaq.
Bundan əlavə, Bakıda məişət tullantılarının yığılması üçün 57 ədəd kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb.