Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp Yeni il alış-verişi “Sədərək” ticərət mərkəzində edib. Bu haqda o, öz Twitter səhifəsində yazıb.
Səfirin sözlərinə görə bu onun “Sədərəkə” ilk səfəri olub. Səfir Yeni il bəzəkləri və ağacları olan mağazalara baş çəkib.
Ceyms Şarp 2019-cu ildən Böyük Britaniyanın Azərbaycandakı səfiridir. O, əvvəllər Qazaxıstan və Qırğızıstanda səfir olub.
[URIS id=19923]