Bakıda partlayan su borusu təmir olunur. Bu haqda 13 dekabr tarixində BakuPlus xəbər verir.
Sakinlərin sözlərinə əsasən ötən gün Badamdar şossesi ilə Abbasqulu Abbaszadə küçəsində borunun partlaması suyun yol boyu axmasına səbəb olub. Nəticədə piyadaların avtomobil yolunu keçməsində çətinliklər yaranıb.
Bu gün səhər saatlarından etibarən “Azərsu” ASC-nin əməkdaşları əraziyə gələrək təmir işlərinə başlayıblar.
[caption id="attachment_19848" align="alignnone" width="896"]
Foto Bakuplus.az[/caption]