Paytaxtın Səbail rayonunda ötən gün su borusunda təmir işləri görülən küçəni su basıb. Bu haqda BakuPlus xəbər verir.
Badamdar qəsəbəsinin Abbasqulu Abbaszadə küçəsində Səbail rayon Sukanal İdarəsi tərəfindən təmir işlərinin aparılmasına baxmayaraq, küçənin böyük bir hissəsini su basıb.
Sakinlərin sözlərinə əsasən park edilmiş avtomobillərə minməkdə və yol boyu avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bununla yanaşı yolu keçmək istəyən piyadalar da bu vəziyyətdən narahatlıq keçiriblər.
Bundan əvvəl də, Azərsu tərəfindən həmin küçədə təmir işləri aparılmışdır.
[caption id="attachment_20990" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]