Badamdar qəsəbəsi, 1-ci massiv adlanan ərazinin Seyran Məmmədov küçəsində elektrik yarımstansiyası sökülmək üzrədir. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az məlumat verir.
Sakinlərin sözlərinə görə, köhnə tikilinin yerində yeni ikimərtəbəli yarımstansiya inşa olunacaq.
Hazırda binanın yerləşdiyi ərazidə sökülmə prosesi üçün hazırlıq işləri aparılır.
Bundan əlavə, Badamdar qəsəbəsi, 2-ci massiv adlanan ərazidə “Azərişıq” ASC tərəfindən təmir işləri aparılır. Qurumun əməkdaşları dirəklərdə olan elektrik naqillərini çıxararaq yeniləri ilə əvəz edirlər.
[URIS id=34210]