Bakıda iki marşrut xəttinin hərəkət sxemi dəyişdirilib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
17 nömrəli müntəzəm marşrut xəttinin dayanacaq məntəqəsi Yusif Vəzir Çəmənzəminli küçəsindən Zaur Nudirəliyev küçəsinə dəyişdirilib.
24 nömrəli marşrut xəttinin isə başlanğıc dayanacaq məntəqəsi Təbriz küçəsindən Murad Qafur küçəsinə keçirilib.
Dəyişikliklər bu gündən etibarən qüvvəyə minib.
[URIS id=36748]