15 fevral tarixində Bakıda “Sağlam qidalanma” adlı seminar keçiriləcək. Bu haqda BakuPlus xəbər verir.
Bakı Amerika Mərkəzində endokrinoloq Dr. Ayşən Xəlilova tərəfindən baş tutacaq seminar saat 16:00-da başlayacaq və 1 saat davam edəcək.
Layihənin məqsədi insanları qeyri-sağlam qidalanma nəticəsində yaranan xəstəliklərdən və zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzi ilə bağlı ətraflı şəkildə maarifləndirməkdən ibarətdir.
Layihədə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçən ilk 18 yaşdan yuxarı 25 nəfər tədbirə dəvət olunacaq.