Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qanunsuz avtomobil saxlayanlara qarşı reyd keçirilib. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
DİN-nin mətbuat xidmətinin əməkdaşı məsələ ilə bağlı açıqlama verib: “Avtovağzalın ətrafında, bəzi hallarda rayona sərnişin daşıyan nəqliyyat vasitələrini sürücülər yolun hərəkət hissəsində saxlayırdı və bu da digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə maneə törədirdi. Bu kimi neqativ halların qarşısı alınıb. Nəzərinizə çatdıraq ki, burada 24 saat polis əməkdaşları xidmət göstərir”.
Həmçinin taksi fəaliyyəti ilə məşğul olanlar üçün xüsusi ərazilərin ayrıldığı da qeyd olunub.
Reydlər mütəmadi olaraq davam edəcək.