Bakı Avropa Liseyi koronavirus infeksiyasına görə distant tədrisə keçib. Bu qayda bu gün, 31 yanvar tarixindən etibarən keçərlidir.
Report-a istinadən, yoluxma fakltarı həm işçi heyəti, həm də şagirdlər arasında qeydə alınıb. Tədris prosesi bir həftə ərzində distant formada davam etdiriləcək.
Bundan əvvəl, 12 noyabr tarixində Liseydə koronavirus infeksiyası səbəbi ilə əyani təhsil distant təhsillə əvəz olunmuşdur.